Steam ilə rəqabət etmək üçün GTA 5-i pulsuz verən Epic, yatırımlarının nəticəsini görməyə başlayır. Bu gün bir şərh yayımlayan şirkət, aylıq aktiv istifadəçilərinin sayının 61 milyona, eyni vaxtda istifadə edənlərin sayının isə 13 milyona çatdığını açıqladı.
Epic, xüsusilə 14 may-18 iyun arasındakı möhtəşəm kampaniya zamanı mağazanın tarixi bir böyümə əldə etdiyini söyləyir. Bu dövrdə GTA 5, Civilization 6, Borderlands: Handsome Collection və ARK: Survival Evolved kimi populyar oyunlar Epic Store mağazasında pulsuz paylandı. Bundan əlavə, MEGA endirimlərində verilən kuponlar da böyük maraq doğurdu.
Milli.Az techland.az-a istinadən bildirir ki, mövzuyla əlaqədar bəzi açıqlamalar verən mağazanın baş meneceri Steve Allison "Epic Games Store-ni yaratdığımız gündən bəri, həftəlik Pulsuz Oyunlar proqramımızı böyük bir fəaliyyət halına gətirmək və dünyanın bütün oyunçularına gözəl bir şey verməyi hədəflədik. Nəticələr hətta gözləntilərimizi də üstələdi. 2020-ci ildə tarixi bir templə böyüdük " ifadələrini bildirdi.
Açıqlanılan Epic Store rəqəmləri, əlbəttə, olduqca heyran edicidir , ancaq təxmin edə bilərik ki, önümüzdəki aylarda bu rəqəmlər tədricən azalacaq. Keçən ay Epic Store üçün çox xüsusi bir ay idi; GTA 5-in pulsuz paylanması ilə, oyunlarla heç bir əlaqəsi olmayan insanlar da Epic Games Store ilə tanış oldular. Bu böyük istifadaçi artımının, önümüzdəki aylarda azalacağı təxmin edilir.
Milli.Az