Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

19 Oktyabr 2020 23:05

Britaniyalı alımlər müəyyən ediblər ki, çay və qəhvə ürək-damar xəstəliklərinin yaranması riskini azaldır.

Milli.Az xəbər verir ki, bu içkilərin tərkibindəki kofein qan damarlarının iltihabına səbəb olan kimyəvi maddələri zərərsizləşdirir.

Məlumatına görə, çay və qəhvə içməyənlər ilə müqayisədə mütəmadi kofeinli içkilər içən insanların qanında iltihabi proseslərə az təsadüf edilib.

Tədqiqatçılar bildirirlər ki, laboratoriya sınaqları zamanı alkaloid iltihab əmələ gətirən kimyəvi maddələrə qarşı fəal mübarizə aparmaqla, ürək-damar xəstəlikləri riskini azaldıb. (publika.az)

Milli.Az