Sosial şəbəkələrdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmaqdadır.
Milli.Az xəbər verir ki, Rəvanə xanım baku.ws-ə açıqlamasında xəbəri təkzib etdi:
"Yayılan xəbər doğru deyil. Mən koronavirusa yoluxmamışam".
Xatırladaq ki, ötən həftə R.Əliyevanın anasında COVİD-19 aşkarlanmışdı. TƏBİB rəsmisi həmin xəbərdən sonra ailəsilə yaxın kontaktının olmadığını açıqlamışdı.
Milli.Az