Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

27 İyun 2020 11:59

Hollivudun "SK Global Entertainment" şirkəti Çində koronavirusun yayılmasının ilk günləri və həkimlərin naməlum virusla mübarizəsinə həsr olunmuş yeni film üzərində işə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, filmin ssenarisini "Oskar" mükafatı laureatı Çarlz Rendolf yazır.

Filmin çəkilişlərinin gələn ilin əvvəlində Çində başlaması planlaşdırılır.

Hələlik filmin heyəti və çəkiliş xərcləri barədə məlumatlar verilməyib.

Milli.Az