Virusa yoluxmamaq üçün məzuniyyət götürdü, ürəyi dayandı

27 İyun 2020 11:19

"Bakı Metropoliteni"nə ağır itki üz verib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, metronun "Xalqlar Dostluğu" stansiyasının rəisi İlqar Əliyev ürək çatışmazlığından vəfat edib.

Tanışlarının verdiyi məlumata görə, İ.Əliyev pandemiya səbəbindən böyük narahatlıq keçirib, virusa yoluxmamaq, özünü qorumaq üçün məzuniyyət götürübmüş. Təəssüf ki, keçirdiyi narahatlıq ürəyini dayandırıb.

Milli.Az