Dibaladan əfsanə qol, "Yuventus"dan darmadağın - VİDEO

27 İyun 2020 10:44

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, turun ilk matçında son çempion "Yuventus" "Leççe"ni qəbul edib. Turin təmsilçisi autsayderlər qrupunda yer alan rəqibin müqavimətini yalnız ikinci hissədə qırıb. Fasilədən sonra 4 qol vuran "ağ-qaralar" darmadağınla liderliyini möhkəmlədib.

İtaliya A seriyası
XXVIII tur
26 iyun
"Yuventus" - "Leççe" - 4:0
Qollar: Dibala, 53, Ronaldo, 62 (pen.), İquayn, 83, De Liqt, 86

Milli.Az