Mingəçevirdə çayxanada ilan müştərini topuq nahiyəsindən sancıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Tərəvəzçilik yaşayış massivində baş verib.
Gürzə ilanın sancdığı şəhər sakini, 1984-cü il təvəllüdlü Müşfiq Bahadurbəyli xəstəxanaya yerləşdirilib.
Milli.Az