Ağdaşda 3 otaqlı ev yanıb

27 İyun 2020 07:35

Ağdaş rayonunun Nehrəxəlil kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az