Azərbaycanda dəhşətli qəza: ata ölüb, 15 yaşlı oğlu xəsarət alıb - FOTO

26 İyun 2020 20:02

20:02

Tovuzda qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölən şəxs minik avtomobilinin sürücünü, 1974-cü il təvəllüdlü Həsənov Haqverdi Qurban oğludur. Xəsarət alan isə onun övladı, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğludur.

----------

18:45

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Məşədilər kəndində "VAZ-21011" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Milli.Az