Nüşabə Ələsgərli yeni musiqi albomu hazırlayır

16 Dekabr 2011 20:48
Müğənni Nüşabə Ələsgərli musiqi albomu üzərində çalışır. İfaçı "Azadinform"a açıqlamasında diskin gələn il işıq üzü görəcəyini bildirib. Yeni musiqi albomunda müğənninin indiyədək çıxan disklərində yer alan sevilən mahnılar toplanacaq: "2012-ci ildə köhnə və yeni mahnılarımdan ibarət albomum çıxacaq. Burada elə mahnılar var ki, efirlərdə oxumuşam, amma albomlarıma salmamışam, tək sinql formasında gedib. Düzünü deyim ki, albomlarımın sayını itirmişəm. Mənim ilk dəfə "Ürəyimlə bacarmıram neyləyim?!" adlı albomum 1996-cı ildə çıxıb, sonra "Sənsən ürəyim", "Biri sənsən, biri mən", "Hər ürək sevə bilməz" adlı albomlarım oldu. Son illərdə bir az azalıb. Sonuncu albomum olan  "Biri sənsən, biri mən"i keçən il - 2010-cu ildə çıxarmışam. Yeni alboma daxil olan mahnılar tam hazır olmadığı üçün hələ ad seçməmişik".

Nüşabə Ələsgərli yeni musiqi toplusunda 13 kompozisiyanın yer alacağını deyib.

Milli.Az