Barcelona-nın yeni transfer hədəfi bilindi

26 İyun 2020 14:33

Barcelona İnter-in hücumçusu Lautaro Martinesin transferini 111 milyon avroluq tələbə görə təxirə salıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonların yeni hədəfi PSG-dən ayrılacağı dəqiqləşən Edinson Kavanidir.

Öncə Atletico ilə danışıqlar aparan 33 yaşlı futbolçu katalonların marağından sonra təklifi dəyərləndirmək fikrindədir.

Uruqvaylı futbolçunun qardaşı və agenti olan Valter Quqlielmone transferlə bağlı açıqlamasında klub adı çəkməsə də, İspaniyadan təklif aldıqlarını deyib: "Klubların adını çəkmək doğru deyil, amma İspaniyadan təkliflər almışıq. Bu təkliflərə baxırıq və seçimimizi edəcəyik".

Milli.Az