Fransada yeni virus aşkarlanıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, 58 yaşlı qadın "kristoli" adlı virusa yoluxub və həyatını itirib.
Məsələ ilə bağlı açıqlama verən Henri-Mondor xəstəxanasının professoru Jan-Maykl Pavlotski bildirib ki, qadının immun sistemi zəif olub:
"Qadın bir neçə xəstəlikdən əziyyət çəkib. Bu virusun COVİD-19 kimi böyük problemə yol açacağından şübhələnmək hələ tezdir. Ölən şəxsin bu virusa necə yoluxduğunu da bilmirik. Bunun həşəratlardan keçməsindən şübhələnsək də, dəqiq sübutumuz yoxdur".
Milli.Az