Şəmkirdə bazarda yanğın baş verib

26 İyun 2020 08:31

Şəmkirdə bazarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şəmkir rayonunda "Şəmkir səbəti" mərkəzi bazarın ərazisində bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyekti və piştaxtaların yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az