Pirşağıda “Mercedes” velosipedlə yolu keçən şəxsi vurub

25 İyun 2020 20:42

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub. A.Zeynalov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az