ÜST: Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub

25 İyun 2020 17:40

Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: "Mən COVİD-19-un təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin".

Milli.Az