Koronavirusdan ölüm hallarını azaldacaq DƏRMAN TAPILDI - ÜST adını AÇIQLADI

25 İyun 2020 17:31

COVİD-19-a yoluxmuş ağır xəstələrin ölüm hallarının azaldılması üçün dərman hazırlanıb.

Milli.Az xəbər verir ki, bu xəbəri bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib:

"Koronavirusa yoluxmuş ağır xəstələrin müalicəsində "Deksametazon" preparatının ölüm hallarını 1/3 nisbətində azaltması sübut olunub. Bu, xəstəliklə mübarizədə böyük nailiyyətdir".

Təhməz Təkin
Milli.Az