"Kapital Bank" ASC (PCI DSS V2.0) Payment Card Industry Data Security Standards Version 2.0 üzrə sertifikasiyadan keçmişdir
16 Dekabr 2011 17:27
12 dekabr 2011-ci il tarixində "Kapital Bank" ASC ödəniş kartları sahəsində tətbiq olunan PCI DSS V2.0 təhlükəsizlik standartlarının tələblərinə tam şəkildə cavab verməsi üzrə sertifikasiyanı uğurla başa çatdırmışdır.
Audit yoxlamaları ödəniş kartları sahəsində təhlükəsizliyin təmin olunması üzrə ixtisaslaşmış və PCI QSA statuslu olan "EVRAAS IT" QSC şirkəti tərəfindən aparılmışdır. "EVRAAS IT" şirkəti PCI DSS üzrə sertifikasiyanı Visa, MasterCard, American Express, Discover və JCB ödəniş sistemlərinin tələblərinə uyğun şəkildə həyata keçirir.
PCI DSS V2.0 standartları kart məlumatlarının təhlükəsizliyini daha yüksək səviyyədə təmin etmək məqsədi ilə hazırlanmışdır.