Təxminən 20 TB tutumunda olan sərt diskin satışına başlanılıb

27 İyun 2020 08:51

Avropada təxminən 20 TB tutumunda sərt diskin satışına başlanılıb. Sözügedən qurğunu "Western Digital" şirkəti istehsal edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, rəsmən "WD181KRYZ" adlandırılmış model 18 TB-lıq yaddaşa malikdir. Bu halda istehsalçı şirkət qoşulma üçün konnektor kimi "SATA 6 Qbit/s" interfeysini seçib. Qurğunun qiyməti 650 avro məbləğində qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, "Western Digital" şirkətinin 16 TB-lıq oxşar sərt diskinin qiyməti 582 avroya bərabər idi.

Milli.Az