Məşhur hücumçu 3-cü liqa klubuna keçdi

25 İyun 2020 16:27

Fransa milli komandasının sabiq futbolçusu Jeremi Menez yenidən İtaliyaya qayıdıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Regina-ya transfer olunub.

Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Menez Regina-yla üç illik müqavilə imzalayıb.

Menezin son klubu Paris olub. Hücumçu, 2-ci liqa təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.

Karyerası ərzində Roma, PSG, Milan, Monaco kimi klublarda çıxış edən hücumçu, 24 dəfə də Fransa milli komandasının formasını geyinib.

Milli.Az