Jorjinyo “Çelsi”də qalacaq

25 İyun 2020 15:09

İngiltərənin "Çelsi" klubunun futbolçusu Jorjinyonun taleyinə aydınlıq gəlib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Braziliya əsilli italiyalı yarımmüdafiəçi yeni müqaviləyə imza atacaq.

Bunu 29 yaşlı futbolçunun agenti Joao Santos açıqlayıb. O bildirib ki, Jorjinyo daha bir London klubunda qalacaq.

Qeyd edək ki, futbolçu 2018-ci ildən "Çelsi"nin formasını geyinir.

Milli.Az