AŞ PA-nın yay sessiyası ləğv edildi

25 İyun 2020 14:01

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası koronavirus pandemiyası ilə əlaqədar ləğv edilib.

Trend bu barədə AŞ PA-nın saytına istinadən məlumat verir.

Qeyd edək ki, AŞ PA-nın yay sessiyası iyunun 22-dən 26-dək keçirilməli idi.

Aprel ayında sessiyanın təxirə salınmasının mümkünlüyü müzakirə olunsa da, yekunda sessiyanı keçirməmək qərara alınıb.

Milli.Az