"Neftçi" - hər gün məşq!
21 Aprel 2010 12:27
"Neftçi" klubu Premyer Liqanın XXIX turu çərçivəsində "Bakı" ilə oyuna hazırlıq məqsədilə dünən bir məşq keçirib.
Milli.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, klubun bazasında gerçəkləçən hazırlıq prosesində flaqman futbolçuları öncə baş məşqçi Arif Əsədov, məşqçi Bəxtiyar Musayev, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre rəhbərliyi altında yüngül təmrinlər ediblər. Daha sonra komanda "yaşıllar"a və "göylər"ə bölünərək, ikitərəfli oyun keçirib. Qarşılaşmada zədəsini sağaldan braziliyalı hücumçu Joze Karlos da oynayıb. Əməliyyat üçün Türkiyəyə yollanan Eşqin Quliyev və Tural Nərimanov məşqə qatılmayıblar.
Klubun hazırlığı dünən olduğu kimi, bu gün də komandanın bazasındakı meydançada baş tutacaq.
Qeyd edək ki, "Bakı" ilə matç aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Milli.Az