İtaliyalı futbolçu qəzada ölüb

26 İyun 2020 00:30

İtaliyalı futbolçu Arianna Varone vəfat edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qadınlardan ibarət "Riotseze" klubunun oyunçusu skuter sürərkən qəzaya uğrayıb.

21 yaşlı futbolçu Milanın "İnter" klubunun yetirməsi idi. O, son klubuna 2017-ci ildə keçib.

Milli.Az