Paytaxtda "QAZel" yol kənarındakı maneəyə çırpılaraq yanıb

25 İyun 2020 10:09

Bakı şəhərinin Qaradağ rayonunda "QAZel" markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az