Biləsuvarda mikroavtobus yanıb

25 İyun 2020 09:12

Biləsuvar rayonunun Nəsimi kəndində "Hyundai" markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az