Millimizin futbolçusunun anası dünyasını dəyişdi

24 İyun 2020 19:49

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, gənc müdafiəçinin anası müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.
 
Allah rəhmət eləsin!

Milli.Az