XİN: 39 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub

24 İyun 2020 16:00

Bu gün İran-Azərbaycan sərhəddinin Astara sərhəd buraxılış məntəqəsindən 39 Azərbaycan vətəndaşı təxliyə olunub.

Bunu Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, 39 Azərbaycan vətəndaşı artıq Vətənə qaytarılıb.

Milli.Az