Bolqarıstanda tikilməkdə olan tunel çökdü - Xəsarət alanlar var

24 İyun 2020 20:46

Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında magistralda tikilməkdə olan tunel çöküb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər xəsarət alıb. Xəsarət alanlar dağıntılar altından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə işlər davam edən zaman süxurların çökməsi nəticəsində baş verib.

Tunelin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır.

Milli.Az