"Bayern Münich"dən PSG-yə

24 İyun 2020 21:06

"Bayern Münich"in futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu PSG-nin hədəfindədir. Hernandesin Paris klubu ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, futbolçu özü də Münhen klubunun rəhbərliyi ilə görüşərək, PSG-yə keçməyə icazə istəyib. Bayern-nin uyğun təzminat məbləği qarşılığında Hernandesi sata biləcəyi deyilir.

Fransalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında bitir.

Milli.Az