"Arsenal"da 4 futbolçu ilə bağlı rəsmi qərar

24 İyun 2020 15:44

"Arsenal" 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "topçular" müdafiəçi David Luisin sözləşməsini 1 illik uzadıb.

İcarə əsasında komandada çıxış edən Dani Sebalyos (müqavilə ilə "Real"a məxsus)  mövsümün sonuna qədər klubda qalacaq.

Pablo Mari və Sedrik Soareş isə uzunmüddətli müqavilə imzalanıb. Hər iki futbolçu mövsümün əvvəlində icarə əsasında "Arsenal"a keçmişdi. Mari "Flamenqo"dan, Sedrik isə "Sauthempton"dan icarəyə gəlmişdi.

Milli.Az