Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

23 İyun 2020 22:06

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 464 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 432 858 test aparılıb. Aktiv xəstə sayı 6 045 nəfərdir, onlardan 168 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az