Türkiyə klubu baş məşqçini istefaya göndərib

23 İyun 2020 18:04

Türkiyə klubu "Ankaragücü"də baş məşqçi istefası reallaşıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi çalışdırıcısı Mustafa Reşit Akçayı istefaya göndərib.

Super Liqa klubunun prezidenti Fatih Mərt bu qərarı qəbul etmələrinin səbəbi kimi, Akçayın "Trabzonspor"la bağlı səsləndirdiyi qeyri-etik fikirləri göstərib.

Qeyd edək ki, "Ankaragücü" 28 turdan sonra 24 xalla Super Liqada son pillədə qərarlaşır.

Milli.Az