"Heç vaxt kredit götürməmişəm" - Kamilə

23 İyun 2020 19:31

"Qədimi insanam. Heç vaxt borc almıram. Banklarla, kreditlə işim yoxdur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Söhbət var" verilişində deyib. O, heç vaxt kredit götürməməsindən söz açıb:

"Qorxuram... Gedirsən zamin durursan, sonra borcu götürən qaytarmır, qalırsan... Ən yaxınlarım bilir ki, edən deyiləm. Ona görə də zamin durmağımı istəyən də olmayıb".

Milli.Az