"Sosial şəbəkədə nəsə paylaşmağa qorxuram" - Namiq

23 İyun 2020 19:14

"Sosial şəbəkədə nəsə paylaşmağa qorxuram. İnsanlar çox aqresivləşiblər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Söhbət var" proqramında deyib. Sənətçi sosial şəbəkədə status yazmaqdan qorxduğunu etiraf edib:

"Bu günlərdə "Facebook"da qeydiyyatdan keçdim. Hamı professor, akademikdir. Hamı koronavirusu xırdalayır. Vəziyyət qəlizdir, danışmaqla bitməyəcək".

Milli.Az