Ünvanlı yardım və işsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı

23 İyun 2020 14:31

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.

Bundan başqa 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriəcək.

Milli.Az