Bilal Hayi Pakistanın Azərbaycandakı səfiri təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Pakistanın Bakıdakı səfirliyindən bildiriblər.
Yeni səfir təyinatı ilə əlaqədar paytaxt İslamabadda ölkənin xarici işlər naziri Şah Mahmud Kureşi ilə görüşüb.
Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1993-cü il marıtn 12-də Pakistanın Bakıda, 1997-ci il avqustun 24-də Azərbaycanın İslamabadda səfirlikləri açılıb.
Milli.Az