Bu kompüterlər canlı səsi saxta səsdən ayırd edə bilir

25 İyun 2020 21:20

Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Dövlət Birliyi, Samsung və Songyungwan Universitetinin mütəxəssisləri olduqca maraqlı yenilik ediblər. Onlar kompüterlərə canlı səsi saxta ilə ayırd etməyi öyrədiblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, sistem Void adlandırılıb.

Sözügedən sistem Avstraliya və Koreyanın ortaq layihəsidir.

Maraqlıdır ki, bütün bu sistem maşın öyrənmə texnologiyası və nəhəng verilənlər bazasında "təlim" üzərində işləmir. Sadəcə spektroqramın özündə analiz aparılır.

Nəticədə mütəxəssislər öz texnologiyaları çərçivəsində olduqca heyrətamiz dəqiqlik göstəricilərinə nail ola biliblər. Alimlər sistemə 94% canlı səsi tanımağı öyrədiblər.

Milli.Az