“iPhone” smartfonlarının 92%-i “iOS 13” əməliyyat sisteminin idarəetməsi altında işləyir

25 İyun 2020 08:01

"Apple" şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarının elanı ərəfəsində son 4 ildə təqdim edilmiş qurğularda "iOS 13" və "iPadOS 13" əməliyyat sistemlərinin yayılma dərəcəsi haqqında tərtibatçıları məlumatlandırıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata əsasən, son 4 ildə çıxarılmış "iPhone" smartfonlarının 92%-i "iOS 13", 7%-i "iOS 12" sisteminin idarəetməsi altında işləyir.

Planşetlər üçün əməliyyat sisteminin aktual versiyası "iPadOS" son 4 ildə təqdim edilmiş "iPad" planşetlərinin 93%-nə quraşdırılıb.

Milli.Az