Valideynlər Bakıda itkin düşmüş uşağını canlı yayımda tapdılar

23 İyun 2020 15:59

Bakıda itkin düşmüş uşaq tapılaraq valideynlərinə təhvil verilib.

Milli.Az bildirir ki, bununla bağlı sosial şəbəkə istifadəçilərindən biri profilində canlı yayım edib.

O, qeyd edib ki, paytaxtın Nərimanov rayonu ərazisində təxminən 5-6 yaşlı qız uşağı tapılıb. Yayım zamanı istifadəçi bildirib ki, əgər uşağın valideynlərini tanıyan varsa, 18-ci polis bölməsinə məlumat versin.

Video sürətlə sosial şəbəkədə yayılıb.

Çox keçmədən həmin şəxs yazıb ki, artıq uşağın valideynləri tapılıb və körpə onlara təhvil verilib. (ölkə.az)

Milli.Az