Müğənni Samirə Əfəndinin "Eurovision- 2020" üçün təqdim etdiyi "Cleopatra"nın yeni versiyası təqdim olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yumoristik ekran işində Samirənin geyimləri, obrazı parodiya edilib.
İsrailli gənclər orijinal klipin çəkildiyi Qobustan ərazisini isə Mitspe- Ramonla əvəzləyib.
Sözügedən klip mayda lentə alınsa da, sosial şəbəkələrdə yeni gündəmə gəlib və müsabiqə fanları tərəfindən paylaşılıb.
Milli.Az