Qırğızıstanda talançıların güllələnməsinə icazə verildi
21 Aprel 2010 11:54
Yerli mətbuatın yazdığına görə, hökumət başçısının göstərişində deyilir: "Talançılar insanlara, onların evlərinə, şəxsi mülkiyyətlərinə, həmçinin mülki və hərbi obyektlərə hücum edərsə, onların güllələnməsinə icazə verilir".
Xatırladaq ki, son 2 gündə Qırğızıstanda yüzlərlə talançı evlərə, bazarlara hücum edir, qarşısına çıxan maşınları, evləri, mağazaları yandırır.
Otunbayeva xalqı sakitliyə çağırıb, yeni insan tələfatlarına yol açmamağa dəvət edib.
Milli.Az