15 yaşlı oğlan faciəvi şəkildə öldü

23 İyun 2020 10:34

Bərdədə 15 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenidaşkənd kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyərkən traktor aşıb və o, aşan traktorun altında qalıb. E.Məmmədzadə hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az