“Radara düşmüşəm, cəriməm 5500 manata çatıb”

23 İyun 2020 10:19

Əməkdar artist Elza Seyidcahan dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün cərimələri 5500 manata çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu barədə "Bizimləsən" proqramında danışıb. Seyidcahan qeyd edib ki, radara çox düşüb və üstünə faiz gəldiyindən borcun miqdarı yüksəlib:

"Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin radar bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min AZN ödəmişəm".

Milli.Az