Bakıda “Azərsu”nun əməkdaşı həlak oldu - FOTO

23 İyun 2020 08:02

Bakıda avtomobil "Azərsu" ASC-nin əməldaşını vuraraq öldürüb

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib.

"Mercedes" markalı avtomobil prospektdə təmir-bərpa işi aparan "Azərsu" ASC-nin əməkdaşını vurub.

İdarəetmədən çıxan "Mercedes" "Azərsu" ASC-yə məxsus yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan "Azərsu" ASC-nin əməkdaşı hadisə yerində ölüb.

Milli.Az