“Beşiktaş” “Alanyaspor”un müdafiəçisini transfer edib

23 İyun 2020 08:18

Türkiyənin "Beşiktaş" futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini reallaşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul təmsilçisi "Alanyaspor"un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb. Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 30 yaşlı müdafiəçi "Beşiktaş"la 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fabris Nsakala "Alanyaspor"da 2016-cı ildən çıxış edib. Afrikalı müdafiəçi cari mövsümdə Alaniya təmsilçisinin heyətində keçirdiyi 25 oyunda iki məhsuldar ötürmə edib.

Milli.Az