“Keşlə” klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb - FOTO

23 İyun 2020 08:53

Bakının "Keşlə" klubu 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı təmsilçisi Vüsal İsgəndərli, Azər Salahlı, Tərlan Quliyev və Ruslan Əmircanov ilə müqavilə yenilənib.

R.Əmircanov, T.Quliyev, A.Salahlı müdafiəçi, V.İsgəndərli isə yarımmüdafiəçidir. Onlar növbəti mövsüm də paytaxt klubunun formasını geyinəcəklər.

Milli.Az