Azərbaycan millisi Makedoniya səddini 7 qolla keçdi - TURNİR CƏDVƏLİ - YENİLƏNİB
16 Dekabr 2011 22:35
22:35
Bu gün futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun növbəti oyunları keçirildi. Azerisport.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycan milli komandasının rəqibləri Ukrayna, Xorvatiya və Makedoniya yığmalarıdı.
Məlum olduğu kimi, yığmamız bu turnirin ilk oyununda Xorvatiya ilə qarşılaşdı. Lakin təəssüf ki, Joze Alesio da Silvanın yetirmələri uğursuz startla yadda qaldı. Bu gün isə yığmamız Makedoniya ilə üz-üzə gələcək. Hansı ki, bu komanda start matçında Ukrayna üzərində qələbəni əldən verərək, məğlubiyyətə üzülmüşdü - 1:2.
İkinci oyun gününün digər matçında qaliblər - Ukrayna və Xorvatiya üz-üzə gəlib. Qeyd edək ki, son turda - dekabrın 18-də Azərbaycan və Ukrayna yığmaları qarşılaşacaqsa, Makedoniya və Xorvatiya ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçirilən matçların hakimlərinin Stefan Kammerer (Almaniya), Karel Heniç (Çexiya), Gerd Bilois (Belçika) və Balazs Farkas (Macarıstan) olduğunu da vurğulayaq. Dairəvi sistemlə mübarizə aparan komandalar pley-off mərhələsinə 2 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Futzal
DÇ-2012-nin seçmə mərhələsi
5-ci qrup
16 dekabr
Azərbaycan - Makedoniya - 7:1 (4:0)
Qollar: Felipe, 9 (1:0), Jadder, 14 (2:0), Felipe, 15 (3:0), Felipe, 15 (4:0), R.Fərəczadə, 21 (5:0), R.Balakişiyev, 31 (6:0), Jadder, 32 (7:0), Petroviç, 34 (7:1)
Sarı vərəqə: Rangotov, 19, Yovanovski, 22.
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 4. Serjao, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. İlkin Hacıyev, 5. Felipe, 9. Tyaqo, 11. Namiq Məmmədkərimov, 15. Rüfət Balakişiyev, 18. Jadder Dantas.
Baş məşqçi: Alesio da Silva.
MAKEDONİYA: 15. M.Todorovski, 2. Zoran Leveski, 7. O.Yovanovski, 9. D.Rangotov, 11. D.Petroviç.
Ehtiyat oyunçular: 12. Q.Pandilov, 4. F.Aquşi, 5. T.İliyev, 6. A.Miçevski, 8. Z.Naskovski, 10. B.Lyubomir (k), 13. N.Petrovski.
Baş məşqçi: Vasil Skenderovski.
Xorvatiya - Ukrayna - 1:4 (0:2)
Qollar: Çepornyuk, 1 (0:1), Pavlenko, 17 (0:2), Ovsyannikov, 25 (0:3), Ovsyannikov, 31 (0:4), Babiç, 37 (1:4)
Turnir cədvəli:
1 Ukrayna 2 2 0 0 6-2 6
2 Xorvatiya 2 1 0 1 4-5 3
3 Azərbaycan 2 1 0 1 8-4 3
4 Makedoniya 2 0 0 2 2-9 0
---------
15:17
Qol.Az-ın məlumatına görə, V qrupda mübarizə aparan Joze Alesio Da Silvanın komandası bu dəfə Makedoniya yığmasını sınağa çəkəcək.
İlk görüşündə Xorvatiyaya 1:3 hesabı ilə məğlub olan millimiz növbəti mərhələyə yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır.
Əks təqdirdə komandamız "play-off"a çıxmaq şansını itirəcək. Qrupun digər matçında isə Xorvatiya və Ukrayna milliləri üz-üzə gələcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar "play-off" mərhələsinə vəsiqə qazanacaqlar.
15 dekabr
DÇ-2012-nin seçmə mərhələsi
V qrup
18:30. Xorvatiya - Ukrayna
21:00. Azərbaycan - Makedoniya
Milli.Az