Bu il 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

22 İyun 2020 19:25

2020-ci ilin yanvar-aprel aylarında 571 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.

Milli.Az