Bakıda 3 otaqlı ev yanıb

22 İyun 2020 22:40

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az