Kürdəmirdə bir nəfər Kür çayında batıb - FHN axtarış aparır

22 İyun 2020 20:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az